“Danabaş kəndinin əhvalatları”
Türkiyə türkcəsində
Xəbər verdiyimiz kimi, 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsinə başlanılıb. Layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilməkdədir.
Layihə üzrə ilk olaraq Yusif Vəzir Çəmənzəminlinin “Qan içində. İki od arasında” romanı Türkiyə türkcəsində işıq üzü görmüşdü. Növbəti nəşr kimi Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” (“Danabaş köyünün hikayeleri”) kitabı türkiyəli oxucuların ixtiyarına verilib.
Qeyd edək ki, kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli tanınmış şair-yazıçı Yurtseven Şen çevirib.
Mədəniyyət.- 2016.- 14
dekabr.- S.4.