“Sən elə bir zirvəsən”

 

 

 

   Dekabrın 11-də Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar artist Aygün Bəylərin “Sən elə bir zirvəsən” adlı solo konserti keçirilib.

   Konsert proqramı ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr edilib. İki saat davam edən konsertdə Aygün Bəylər görkəmli bəstəkarlar Cahangir Cahangirov, Süleyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz Mirişli və digərlərinin əsərlərini ifa edib.

   Konsertin sonunda Əməkdar artist "Mahur" muğamını dəsgah şəklində ifa edib. İfaçını Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər - Xalq artisti Ağaverdi Paşayev) kiçik heyəti müşayiət edib.

  

   L.Azəri

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.5.