Ulu öndərin sevdiyi mahnılardan ibarət konsert proqramı

 

 

   Dekabrın 12-də Alman-Azərbaycan Mədəniyyət Birliyi - “Kapellhaus”da müasir Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub.

   Təhsil Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbir çıxışlardan sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Mədəniyyət İncəsənət Universiteti tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

   Konsertdə ümummilli liderin sevdiyi və eləcə də bu görkəmli şəxsiyyətə həsr olunan mahnılar ifa olunub. Proqramda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru, “Sənsiz”, Fikrət Əmirovun “Muğam-poema”, “NiyazininArzu”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən musiqi, Azər Dadaşovun “Azərbaycan”, Vasif Adıgözəlovun “Qərənfil”, Sevil Əliyevanın “Ana”, Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm” və Müslüm Maqomayevin “Azərbaycan” mahnısı və digər əsərlər səsləndirilib.

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.5.