Hüseyn Həsən oğlu
Əhmədov
Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Teatr sənətinin qocaman nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Hüseyn Həsən oğlu Əhmədov 2016-cı il dekabrın 9-da 88 yaşında vəfat etmişdir.
Hüseyn Əhmədov
1928-ci il martın 27-də anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Teatr İnstitutunun Rejissorluq fakültəsini
bitirmişdir. Hələ 1952-ci ildə tələbə ikən Mədəniyyət
Nazirliyinin İncəsənət
idarəsinə inspektor
vəzifəsinə işə
qəbul edilmişdir.
Bir il
sonra o, nazirlik tərəfindən Leninqrada
təkmilləşdirmə kurslarına göndərilmiş,
təhsildən qayıtdıqdan
sonra həmin idarəyə rəis müavini təyin edilmişdir.
Hüseyn Əhmədov 1965-ci ildən
1970-ci ilədək A.Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru vəzifəsində
çalışmış, sonra yenidən Mədəniyyət Nazirliyinin
İncəsənət işləri
idarəsinin rəis müavini vəzifəsinə
təyin olunmuşdur.
1998-2006-cı illərdə
o, Azərbaycan Dövlət
Kukla Teatrında direktor müavini,
2006-2011-ci illərdə isə
teatrın ədəbi
dram hissəsinin müdiri
vəzifələrində işləmişdir.
Bu illər
ərzində teatrın
yaradıcılıq imkanlarının
artırılması, repertuarın
zənginləşdirilməsi, teatra istedadlı gənclərin cəlb olunması istiqamətində
dolğun fəaliyyət
göstərmişdir.
Hüseyn Əhmədov mədəniyyət
sahəsində xidmətlərinə
görə 2000-ci ildə
Əməkdar mədəniyyət
işçisi fəxri
adına layiq görülmüş,
2008-2010-cu illərdə Prezident
mükafatçısı olmuşdur.
İstedadlı təşkilatçı, gözəl və təvazökar insan Hüseyn Əhmədovun işıqlı xatirəsi
yaradıcı ziyalıların,
ailə üzvlərinin,
doğma kollektivin qəlbində və yaddaşında əbədi
yaşayacaqdır.
Allah rəhmət
eləsin.
Mədəniyyət
və Turizm Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Dövlət Kukla Teatrı
Mədəniyyət.- 2016.- 14
dekabr.- S.7.