Hotellərin restoran işçiləri üçün kurslar başa çatıb

 

 

 

   Dekabrın 8-də “Park Inn by Radisson Hotel”də Azərbaycanda ilk dəfə Mədəniyyət Turizm Nazirliyinin Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi “ASPI AQRO” MMC tərəfindən təşkil olunanSomelye məktəbikursları başa çatıb.

   Hotellərin restoran işçiləri üçün dördgünlük kurslar UkraynanınUstad-sinifsomelye məktəbinin bazasında keçirilib. Kurs zamanı Bakı şəhərinin hotel restoranlarının işçiləri şərabların təsnifatı, onların saxlanılması restoranda satışı, dequstasiyanın aparılması qaydaları ilə tanış olublar.

   TəlimiUstad-sinifsomelye məktəbinin şərab ekspertləri Nikolay Natalya Blaqopoluçnılar aparıblar. Sınaqların nəticələrinə görə, 45 nəfər kurs iştirakçısına Bakı Turizm İnformasiya Mərkəzi “ASPI AQRO” (Savalan şərab brendi) tərəfindən müvafiq sertifikatlar təqdim edilib.

   2017-ci ildən başlayaraq ildə bir dəfə keçirilməsi nəzərdə tutulan somelye kurslarının təşkili Azərbaycanda müasir şərab mədəniyyətinin və servisinin inkişafına xidmət edəcək.

 

 

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.9.