Davamlı turizmin təminatında aqroturizmin
rolu
Dekabrın 9-da
Gəncə şəhərində
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı
ilə “Azərbaycanda
davamlı turizmin təmini yolları: aqroturizm nümunəsində”
mövzusunda dəyirmi
masa təşkil olunub.
Dəyirmi masada ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin
dekanı, dosent Rəhman Səfərov “Azərbaycanda turizmin müasir meylləri”, Turizm biznesi kafedrasının müdiri,
dosent Bahadur Bilalov “Azərbaycanda keçirilən məhsul
bayramlarının turizmdə
istifadəsi yolları”
adlı məruzə ilə çıxış
ediblər.
Həmçinin Turizm biznesi kafedrasının dosenti Məmməd Sadıqovun “Azərbaycanın şimal regionlarında turizmin inkişaf istiqamətləri”, ADAU-nun Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasının assistenti Müşfiq Hüseynovun “Gəncə-Qazax iqtisadi rayonunda aqroturizmin inkişaf perspektivləri” və digər mövzularda məruzələr dinlənilib.
Tədbirdə aqroturizmin təşkili və gücləndirilməsi məqsədilə əməli tədbirlərin həyata keçirilməsinə dair bir sıra təkliflər irəli sürülüb.
Vurğulanıb ki, Azərbaycanın ənənəvi kənd təsərrüfatı rayonlarının zəngin mədəni-tarixi irsinin mövcudluğu, iqlim və landşaft özəlliklərinin müxtəlifliyi ölkəmizdə zəngin turizm potensialına malik aqroturizmin və onun əsas seqmenti - ekoturizmin inkişafı üçün ideal ərazi formalaşdırır. Bütün bunlarla birgə ölkədə aqroturizm proqramlarının inkişafı üçün daha bir vacib amil milli qonaqpərvərlik və milli mətbəxdir.
Bildirilib ki, Ümumdünya Turizm Təşkilatı 2017-ci ili dünyada davamlı turizm ili elan etməsi ilə bu məsələ öz aktuallığını daha da artırıb. Müasir texnologiyalara müvafiq kənd qonaq evlərinin və ekoaqro təsərrüfatlarının təşkili bu cür layihələrin hərəkətverici qüvvəsidir. Məhz bu istiqamət hazırda beynəlxalq rekreasiya biznesi sahəsində ən dinamik inkişaf edən istiqamətdir.
F.Hüseynov
Mədəniyyət.- 2016.- 14
dekabr.- S.9.