Dünəndən sabaha
boylanan Bakı
Dekabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Dünəndən sabaha boylanan Bakı” adlı fotosərgi açılıb.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Fotoqraflar Birliyi və "Fujifilm - Azərbaycan" şirkətinin dəstəyi ilə baş tutub.
Layihənin kuratoru, kinooperator, fotoqraf, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov qonaqlara sərgi barədə məlumat verib. Bildirib ki, sərgi Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional incəsənət və mədəniyyət layihəsi” çərçivəsində reallaşdırılır.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Dekabrın 13-dək davam edən fotosərgidə Azərbaycan Fotoqraflar Birliyinin üzvləri Rafiq Qəmbərov, Rauf Umud, Məhəmməd İsmayılov, Mirnaib Həsənoğlu və Vüqar İbadovun ümumilikdə 100-ə yaxın fotosu nümayiş olunub.
Mədəniyyət.- 2016.- 14
dekabr.- S.16.