“Azərbaycanda
islam dünyası və tolerantlıq”
Dekabrın 15-də “Gallery 1969” sərgi salonunda “Azərbaycanda islam dünyası və tolerantlıq” adlı fotosərgi açılıb.
Gənc fotoqrafların əsərlərindən
ibarət sərgi Gənclər və İdman Nazirliyinin
(GİN) və Azərbaycan
Fotoqraflar Birliyinin birgə təşkilatçılığı
ilə reallaşıb.
Gənclər və İdman Nazirliyinin
şöbə müdiri İndira
Hacıyeva bildirib ki,
sərginin təşkil olunmasında məqsəd gənclərimiz
arasında dini dəyərləri və tolerant yanaşma tərzimizi
təbliğ etməkdir. Azərbaycan Fotoqraflar
Birliyinin sədri Mirnaib
Həsənoğlu qeyd edib
ki, sərgidə nümayiş
olunmaq üçün
40 gənc fotoqraf tərəfindən 300-dən
çox fotoşəkil təqdim olunub. Mütəxəssislər tərəfindən
22 fotoqrafın 50-dək əsəri seçilib.
Sərginin ekspozisiyasında yer alan bu əsərlərdə
ölkəmizin tolerant yanaşma
tərzi nümayiş olunur.
Sərgi üç gün
davam edəcək.
Mədəniyyət.- 2016.- 16
dekabr.- S.3.