Ağdam Dram Teatrında “Ağ ölüm” nümayiş olunub
Dekabrın 15-də Ağdam Dövlət Dram Teatrında
V.Siqarevin “Ağ ölüm” əsəri əsasında tamaşa nümayiş olunub. Əsər narkomaniyanın ziyalı bir ailəni məhv etməsindən bəhs edir. Bir ailənin timsalında cəmiyyətin, hətta bəşəriyyətin bəlasına
çevrilən bu dəhşətli kabusun necə faciələrə
səbəb olduğu
göstərilir.
Tamaşaya
teatrın baş rejissoru
Əməkdar artist S.Əliyev quruluş verib. Quruluşçu rəssam E.Balakişiyev,
musiqi tərtibatçısı A.Şükürovdur. Rolları F.Yusifova, N.Ələkbərov, H.Şirin,
E.Cavadov, X.Xudadatova, E.Mürşüdov və Q.Abdullazadə
oynayırlar.
Mədəniyyət.- 2016.- 16
dekabr.- S.2.