Tarixin çarxları” zərgərlik əsərlərində

 

 

   Dekabrın 14-də Azərbaycan Xalça Muzeyində “Resmmilli zərgərlik brendininTarixin çarxları” adlı kolleksiyasının təqdimat mərasimi keçirildi. Kolleksiya Azərbaycanın regionlarına həsr olunub.

   Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdilər.

   Mərasimdə çıxış edən “Resmbrendinin təsisçisi və dizayneri Rəsminə Qürbətova təqdim olunan zərgərlik məhsulları haqqında məlumat verdi. Qeyd etdi ki, budəfəki kolleksiyanın hazırlanmasında əsas məqsəd Azərbaycanın hər bir bölgəsinin, kənd və şəhərlərinin gözəlliyini sərgiləmək, ölkənin müxtəlif hissələrinin mədəni zənginliyini, fərqliliyini nümayiş etdirməkdir. Kolleksiyaya daxil olan hər bir müəyyən bölgənin incəsənəti, mətbəxi, tarixi, coğrafiyası və ya yerli mədəni irsinə dair birya bir neçə element və rəmzlərlə bəzədilib.

   Rəsminə Qürbətova vurğuladı ki, “Tarixin çarxları” layihəsi Azərbaycanın ayrı-ayrı bölgələri arasındakı fərqlilik və bu bölgələrin mədəni irsinə olan fəxarət hissi ilə hazırlanıb. Həmçinin bildirildi ki, “Resmin məhsulları bu il İsveçrənin Bazel şəhərində saatsazlıq və zərgərlik sənayesinin ən əhəmiyyətli və geniş miqyaslı tədbirlərindən biri sayılan “Basel World” sərgisində nümayiş etdirilib.

   Sonra qonaqlar sərgi ilə tanış oldular.

   Qeyd edək ki, “Resmin zərgərlik məmulatları qədim Azərbaycan ornamenti və naxışlarının müasir interpretasiyasını təqdim edir. Bu zinət əşyaları sadəcə dəbdəbəli aksesuar deyil, Azərbaycanın mədəniyyətinə, ənənələrinə və milli ruha bağlılığı əks etdirir. Brendin bütün məhsulları dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların mənşəyi barədə məlumat verən fərdi təsvirlərlə təqdim olunur. Zərgərlik məmulatları qadınlar üçün qızıldan, qiymətli daşlardan, kişilər üçün nəzərdə tutulan əşyalar isə gümüşdən hazırlanır.

  

   Fariz Hüseynov

 

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.7.