“Gənc turizm bələdçisi”
layihəsinə start verilib
Prezident yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Turizm və Menecment Universiteti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Turizm İnstitutu Məzunları İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənc turizm bələdçisi”nin icrasına başlanılıb.
Layihə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında bələdçi qismində fəaliyyət göstərəcək qrupların yaradılmasını nəzərdə tutur. Bu məqsədlə turizm sahəsində təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən gənclər arasından bir qrup iştirakçı seçiləcək və onlara turizm bələdçiliyi təlimləri keçiləcək. Treninqləri Mədəniyyət və Turizm Nazirliyinin tərcüməçi bələdçilərin hazırlığı üzrə Attestasiyası komissiyasının üzvləri keçəcəklər.
Layihədə
iştirak edən şəxslər üç mərhələli seçimdən
(test, Attestasiya
komissiyası qarşısında şifahi
imtahan, ekskursiya
imtahanı) keçəcəklər. İmtahanlardan
uğurla keçən şəxslərə
tərcüməçi-bələdçi kimi
çalışması üçün
akkreditasiya, ATMU-nun
sertifikatı və şəhadətnaməsi təqdim olunacaq.
Mədəniyyət.- 2016.- 16
dekabr.- S.8.