Kino lentlərində
yaşayan rəssam ömrü
Elbəy Rzaquliyevin 90 illiyi qeyd olundu
Dekabrın 14-də
Azərbaycan Dövlət
Film Fondunda Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
birgə təşkilatçılığı
ilə Xalq rəssamı, Dövlət
mükafatı laureatı
Elbəy Rzaquliyevin anadan olmasının 90 illiyi münasibətilə
xatirə gecəsi keçirildi.
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının icraçı
katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın yaradıcılıq
yolundan söz açdı. Bildirdi
ki, ötən əsrin 50-ci illərinədək
milli kinomuzda dəvətli, yaxud başqa xalqların nümayəndələri olan
rəssamlar çalışıb,
yalnız II Dünya müharibəsindən sonra
Moskvada Kinematoqrafiya İnstitutunu bitirən Kamil Nəcəfzadənin,
Cabbar Əzimovun, Nadir
Zeynalovun kinostudiyaya gəlişi ilə bu kadr çatışmazlığı
aradan qaldırılıb.
Həmin
kino rəssamlarından
biri də Elbəy Rzaquliyev olub. Gənc və istedadlı rəssam ilk ekran işi olan «Görüş» bədii filmindən başlayaraq, «Azərbaycanfilm» kinostudiyasında
lentə alınan «Doğma xalqımıza»,
«Qara daşlar», «Bir məhəllədən
iki nəfər», «Ögey ana», «Onun böyük ürəyi», «Telefonçu
qız», «Arşın
mal alan» (1965) və digər filmlərdə quruluşçu rəssam
kimi çalışıb.
Xalq artisti, kinorejissor Oqtay Mirqasım isə özündən yaşca böyük olan, qardaşı Fəridin uşaqlıq dostu olmuş rəssamı kiçik yaşlarından tanıdığından,
sonralar isə quruluşçu rəssam
kimi film üzərində
necə çalışdıqlarından
bəhs etdi.
Xalq rəssamı Rafis İsmayılov isə məhz Elbəy Rzaquliyevin yaradıcılığından
ilhamlanaraq ali
təhsil almaq üçün Kinematoqrafiya
İnstitutunu seçdiyini
söylədi.
Kino tədqiqatçısı,
Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə, Xalq rəssamı Mais Ağabəyov rəssamın
həm də məhsuldar rəngkar kimi çalışmasından
söz açdılar.
Yubilyarı xatırlayan sənət
dostları Elbəy Rzaquliyevi təkcə yaxşı sənətkar
kimi deyil, həm də heç bir sənət qalmaqalına qoşulmayan, bacardıqca dostlara əl tutan xeyirxah insan, gözəl ailə başçısı
kimi də xarakterizə etdilər.
O da qeyd olundu ki, rəssam
həyat yoldaşı
Sevinc xanımı - öz ilham pərisini
erkən itirməsəydi,
daha çox əsərlər yaradardı.
«Yaddaş» sənədli filmlər studiyasında «Azərbaycanın
xalq rəssamları» silsiləsindən görkəmli
sənətkarın 80 illiyi
münasibətilə sənədli
film çəkmiş rejissor
Mübariz Nağıyev
isə on il
geriyə qayıdaraq,
film üzərində işlədiyi
günləri, Elbəy
Rzaquliyev ilə ünsiyyətini xatırladı.
Sonra həmin film nümayiş
etdirildi.
Filmin nümayişindən sonra Elbəy Rzaquliyevin övladları
- Aytən və Aytac Rzaquliyevalar atalarının xatirəsinə
göstərilən ehtirama
görə təşkilatçılara
və tədbir iştirakçılarına minnətdarlıqlarını
bildirdilər.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 16
dekabr.- S.11.