“Qeyri-adi məhkəmə”
Bakı Uşaq Teatrı cəzaçəkmə
müəssisələrində tamaşa
göstərib
Bakı Uşaq Teatrı 1, 2, 7, 10 və 17 saylı cəzaçəkmə müəssisələrində “Qeyri-adi məhkəmə” tamaşası ilə çıxış edib. Tamaşaya teatrın bədii rəhbəri və direktoru İntiqam Sultan quruluş verib.
Direktor
bildirib ki, səhnə
əsəri interaktiv üslubda
- seminar tamaşa
janrında hazırlanıb. Ssenari müəllifi
Arzu Soltan olan tamaşa narkomaniyadan əziyyət çəkən, həyatı
məhv olan insanların mənəvi və
fiziki əziyyətindən bəhs edir, bu bəşəri bəlaya
qarşı həyəcan təbili çalır. Maarifləndirici
əhəmiyyətə malik olan tamaşanın daha 15
cəzaçəkmə müəssisəsində nümayişi planlaşdırılır.
Mədəniyyət.- 2016.- 16
dekabr.- S.11.