Unutmağa kimsə yox...” Türkiyədə çap olunub

 

 

 

   Görkəmli yazıçı, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanlarından sonra bu trilogiyanın sonuncu romanı - “Unutmağa kimsə yox...” da Türkiyənin məşhur “Bengü” nəşriyyatında nəşr edilib.

   Bir müddət əvvəl Moskvada işıq üzü görən bu roman indi türk oxucusuna nəfis tərtibatda təqdim edilib. Romanı türk dilinə çevirən və “ön sözün müəllifi İstanbul Yedditəpə Universitetinin dosenti Arif Acaloğludur. “Ön söz”də roman müxtəlif aspektlərdən təhlil olunur, oxucuya əsəri daha dərindən anlaması üçün ipucları verilir. Arif Acaloğlu romanı dil sərhədlərini aşan və yalnız alternativ təhlillərlə qavranıla bilən kitab kimi dəyərləndirir.

   Kitabın üz qabığında Azərbaycanın ən uca zirvəsi olan Bazardüzünün şəkli yer alıb. Kitabın arxa üzündə isə Kamal Abdullanın ədəbi və elmi fəaliyyəti, əsərlərinin tərcümə olunduğu dillər, nəşr olunduğu ölkələr haqda məlumat əksini tapıb.

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.12.