“Multikulturalizm”
tablosu sənətsevərlərə
təqdim edilib
Əməkdar rəssam, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü
Əşrəf Heybətov
“Multikulturalizm” adlı
rəsm əsəri üzərində işi başa çatdırıb.
Rəssam sənətsevərlərə təqdim
etdiyi yeni əsəri vasitəsilə
Azərbaycan cəmiyyətinin
mədəni müxtəlifliyinin
dövlət sərvəti
olduğunu çatdırmağa
nail olub. Əsər 2016-cı ilin Azərbaycanda
“Multikulturalizm ili” elan edilməsinə töhfədir.
Qeyd edək ki, Əşrəf Heybətov
1991-ci ildən UNESCO Rəssamlar
Federasiyasının üzvü,
Avropada Azərbaycan Mədəniyyət Xadimləri
Assosiasiyasının sədri,
Azərbaycan Rəssamlar
İttifaqının fəxri
üzvü, “Dünya
xalqları incəsənəti”
Beynəlxalq Assosiasiyasının
mükafatı laureatıdır.
Bundan başqa, fırça ustası Rusiya Federasiyası Rəssamlar İttifaqının, Qərbi
Avropa Elm və Mədəniyyət Akademiyasının
üzvüdür. O. “Azərbaycan-Almaniya” Dostluq
Cəmiyyətinin idarə
heyətində də
təmsil olunur. Rəssamın işlərinin əsas
mövzusu Azərbaycan
və xalqın milli adət-ənənələridir.
Lalə
Mədəniyyət.- 2016.- 16
dekabr.- S.16.