Xocalı dəhşətlərindən bəhs
edən monotamaşa Türkiyə səhnəsində
Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı dramaturq Aygün Həsənoğlunun Xocalı qətliamından bəhs edən “Adsız qadın” monotamaşası səhnəyə qoyulub.
Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanovun quruluş verdiyi tamaşanın premyerası Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Üsküdar Kərəm Yılmazər Səhnəsində keçirilib.
Monotamaşada əsas rolu aktrisa Kəmalə Kamilqızı ifa edib. Tamaşada Azərbaycan və türk musiqilərindən istifadə olunub.
Premyeraya dəvət olunan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev tamaşadan sonra çıxış edərək xalqımızın qan yaddaşı olan səhnə əsərinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, tamaşanın maraqlı cəhətlərindən biri də teatr və kinonun sintez edilməsindədir. Səhnə əsərində Xocalı dəhşətlərini əks etdirən sənədli kadrlardan istifadə olunub.
Tamaşada
Xocalı dəhşətinin miqyasını nümayiş
etdirmək üçün kütləvi
səhnələr yer alıb. Bu səhnələrdə Türkiyədə yaşayan azərbaycanlılar, tələbələr
iştirak ediblər.
Mədəniyyət.- 2016.- 21
dekabr.- S.2.