Türk Mədəniyyəti və İrsi Fondu ortaq mirasımızın qorunmasına töhfədir
Dekabrın 20-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qurumun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edildiyini qeyd edib. O, türkdilli xalqların mədəni irsinin mühafizəsinə və təşviq edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri, həyata keçirilmiş tədbirlər, gələcək layihələr barədə məlumat verib.
E.Süleymanova
belə bir qurumun
yaradılmasını türk
dünyasına xas tarixi-mədəni irsin qorunması və dünyaya
tanıdılması istiqamətində töhfə kimi qiymətləndirib.
Mədəniyyət.- 2016.- 21
dekabr.- S.3.