Azərbaycan multikulturalizmi dünyada mütərəqqi modeldir

 

 

   BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna həsr olunmuş jurnalist yazıları müsabiqəsinə yekun vuruldu

  

   Dekabrın 19-da Milli Kitabxanada Mədəniyyət Turizm Nazirliyi Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə keçirdiyi "BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunurmövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi oldu.

   Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, multikulturalizm Azərbaycan xalqının yaşam tərzidir bu amil vətəndaşlarımızın həyatında həmişə mühüm rol oynayıb. Qeyd olundu ki, ulu öndər Heydər Əliyev ölkəmizdə tarixən mövcud olan multikultural dəyərlərə böyük önəm verirdi. Dahi siyasətçi deyirdi: “Hər bir dövlətdə qədər çox xalq yaşayarsa, bu ölkə daha güclü daha qüdrətli olar”.

   Vaqif Əliyev bildirdi ki, Prezident İlham Əliyev ulu öndərin bu mütərəqqi siyasətini uğurla davam inkişaf etdirir. Dövlət başçısının 10 yanvar 2016-cı il tarixli sərəncamı ilə bu il Azərbaycanda “Multikulturalizm ilielan edilib. İl ərzində nazirlik və digər dövlət orqanları tərəfindən çoxsaylı tədbirlər həyata keçirilib. 25-27 aprel tarixində isə paytaxtımız BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna yüksək səviyyədə ev sahibliyi etdi. Bu nüfuzlu beynəlxalq tədbir ölkəmizdə və dünyada geniş əks-səda doğurdu. Mədəniyyət və Turizm Nazirliyi və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən VII Qlobal Foruma həsr edilən fərdi jurnalist yazıları müsabiqəsi elan olundu.

   Vaqif Əliyev müsabiqədə qalib olan müəllifləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladı.

   KİVDF-nin icraçı direktoru Vüqar Səfərli sıx əməkdaşlığa görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, müsabiqəyə 28 mətbuat orqanından 42 yazı təqdim olunub. Yazılar KİVDF və nazirliyin ekspertləri tərəfindən qiymətləndirilib.

   Müsabiqənin nəticələrinə görə, 1-ci yerin qalibinə 1000, 2-ci yerin sahiblərinə (2 yer) 800, 3-cü yerə layiq görülənlərə (3 nəfər) 600 manat pul mükafatı verilir. Bundan başqa, 10 müəllif həvəsləndirici mükafata (300 manat) layiq görülüb.

   İcraçı direktor KİVDF-ninMultikulturalizm ili” çərçivəsində həyata keçirdiyi layihələr haqqında da məlumat verdi. Bildirdi ki, il ərzində Xaçmaz şəhərində və İsmayıllı rayonunda azsaylı xalqların mədəniyyətinə, tarix və adət-ənənələrinə həsr edilən elmi konfranslar təşkil edilib.

   Vüqar Səfərli mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin media və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Fond tərəfindən fəxri diploma layiq görüldüyünü diqqətə çatdırdı.

   Sonda müsabiqədə fərqlənən jurnalistlərə mükafatlar təqdim olundu.

  

   Lalə

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.4.