ATMU-da Elmi şuranın iclası keçirilib

 

 

 

   Dekabrın 16-da Azərbaycan TurizmMenecment Universiteti (ATMU) Elmi şurasının iclası keçirilib. Universitetin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov başa çatmaq üzrə olan təqvim ilində əldə edilən nəticələr və gələcək perspektivlər haqqında danışıb.

   ATMU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva semestr və dövlət imtahanlarına hazırlığın vəziyyəti barədə məlumat verib. Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, Xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova və Biznes idarəçiliyi fakültəsinin dekan müavini Anar Mirzəyev tədrisin təşkili və imtahanlara hazırlıqla bağlı məruzə ediblər. Universitetin nəzdində Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimovanın və universitetin Tədqiqat bölməsinin rəhbəri Qahirə Məmmədovanın məruzələri də dinlənilib.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.4.