Füzuli Dram Teatrı hərbçilərin qonağı
olub
Füzuli Dövlət Dram Teatrının
kollektivi ənənəyə
uyğun olaraq Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
və Yeni il bayramı
ərəfəsində hərbçilərin
görüşünə gedib.
N saylı
hərbi hissədə
qonaq olan kollektiv teatrın repertuarından Ə.Əsgərovun
"Qız atası”,
S.Axundovun "Bəndalı
bəndə düşüb”
və digər tamaşalardan parçalar
təqdim edib. Rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, Sehran Xanlarov, Qaçaq Qarayev, Əli Hüseynov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva və
başqaları çıxış
edib.
Həmçinin teatrın aktyor və aktrisalarının ifasında
gözəl mahnılar və rəqslər bayram
ərəfəsində əsgərlərdə yüksək stimul yaradıb.
Mədəniyyət.- 2016.- 21
dekabr.- S.5.