Rəqsin dili ilə
dinən «Muğam»
Bu il
tanınmış Azərbaycan
bəstəkarı Nazim
Əliverdibəyovun anadan
olmasından 90 il keçir. Yubiley ilə əlaqədar
bəstəkarın irsi
yenidən araşdırılır,
onun əsərlərindən
ibarət konsert proqramları tərtib edilir.
Dekabrın 16-da Akademik Opera və
Balet Teatrında bəstəkarın Mirzə
Şəfi Vazehin şeirlərinin motivləri
əsasında yazdığı
«Muğam» baletinin premyerası baş tutub.
Xatırladaq ki, 9 dəqiqəyə
yaxın davam edən xoreoqrafik miniatür ilk dəfə
1972-ci ildə oynanılıb.
O zaman əsərə
xoreoqraflar, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov quruluş veriblər, tamaşanın quruluşçu
rəssamı isə Tahir Tahirov olub.
Əsas partiyaları Tamilla Şirəliyeva və
Vladimir Pletnyov ifa edib. Şeirləri isə Azərbaycanın
tanınmış aktrisası
və qiraət ustası Vera Şirye söyləyib. Sonralar «Muğam»
Moskvada baletmeysterlər
və balet artistlərinin III Ümumittifaq
müsabiqəsində uğurla
oynanılıb, xarici
ölkələrə qastrol
səfərlərində dəfələrlə
nümayiş etdirilib.
Bizim günlərdə bərpa
edilmiş bu xoreoqrafik miniatürü teatrın solistləri - Q.Almaszadə adına
I Klassik və Milli Rəqs Müsabiqəsinin Qran-pri mükafatçısı Cəmilə
Kərimova və Makar Ferştandt təqdim ediblər. Gənc solistlərin məşq prosesində Rəfiqə xanım və Maqsud müəllim şəxsən iştirak
edib, onlara öz tövsiyələrini
veriblər. İfaçılar
elə 1972-ci ildə lentə alınmış
musiqi əsərinin
lent yazısının sədaları
altında çıxış
ediblər.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 21
dekabr.- S.6.