“Tələbə kredit
işçisi” layihəsi üzrə təlimlər
başa çatıb
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İqtisadiyyat kafedrasının, “RSH Consulting Company”nin və “MirAN Group”un birgə təşkilatçılığı ilə reallaşdırılan “Tələbə kredit işçisi” müştərək layihəsinə yekun vurulub.
ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov layihənin tələbələr üçün faydalı olduğunu bildirib. Qeyd edib ki, layihənin başlıca məqsədi iqtisadiyyat, maliyyə sahəsi üzrə təhsil alan tələbələrin uğurlu karyera qurmalarına, işgüzar və təcrübi vərdişlərə yiyələnmələrinə dəstək olmaqdır. Belə təcrübə layihələrinin həyata keçirilməsi tələbələrin uğurlu karyera qurmalarına, işgüzar və təcrübi vərdişlərə yiyələnmələrinə dəstəkdir.
Təlimi uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Tələbə kredit işçisi” layihəsi çərçivəsində ATMU-nun iqtisadiyyat, maliyyə sahəsi üzrə təhsil alan tələbələri 1 ay müddətində təcrübəyə göndərilib. Layihənin təlim rəhbəri AMEA-nın İqtisadiyyat İnstitutunun doktorantı, “RSH Consulting Company” şirkətinin təsisçisi Ramin Bayramov, təcrübə rəhbəri “Merkuri” bank olmayan kredit təşkilatının Kredit departamentinin direktoru Nicat Novruzovdur.
F.Hüseynov
Mədəniyyət.- 2016.- 21
dekabr.- S.9.