Yazıçılar Birliyində şair-publisist Abdulla Qurbaninin
yubileyi qeyd olunub
Dekabrın
19-da Azərbaycan Yazıçılar
Birliyinin (AYB) “Natəvan”
klubunda Azərbaycan Silahlı Qüvvələrinin
polkovniki, şair-publisist,
Əməkdar incəsənət
xadimi Abdulla Qurbaninin
60 illik yubileyi qeyd edilib.
Mərasimdə çıxış edən AYB-nin sədri, Xalq yazıçısı Anar
Azərbaycan ədəbiyyatında
vətənpərvərlik mövzusundan, yazıçı
və şairlərimizin
ordu ilə əlaqələrindən danışıb.
Müdafiə Nazirliyində yazıçılarla
keçirilən görüşü
xatırladan AYB-nin sədri bildirib ki, bugünkü yubiley tədbiri də bu əməkdaşlığın
bir nümunəsidir.
Xalq yazıçısı yubilyarı
təbrik edib, ona yeni-yeni yaradıcılıq
uğurları arzulayıb.
Sonra Abdulla Qurbaniyə Yazıçılar Birliyinin
fəxri fərmanı
təqdim olunub. AYB-nin sədrinə
isə Respublika Veteranlar Təşkilatının
“Veteran həmrəyliyi” medalı
təqdim edilib.
Xalq şairi Fikrət
Qoca yubilyarın həyat yolundan, bədii yaradıcılıq
axtarışlarından söz
açıb. Qeyd
olunub ki, vaxtilə Xalq yazıçısı Mirzə
İbrahimovun Şərurda
ilk məktəb muzeyi
yaratdığına görə
“möcüzə”, Xalq
yazıçısı Süleyman
Rəhimovun “od-alov” adlandırdığı gənc
Abdulla bu gün şair, publisist, rejissor və polkovnik Abdulla Qurbanidir. O, onlarla kitabın, hərbi vətənpərvərlik
mövzusunda mahnının,
hərbi marş, oratoriya və s. musiqi əsərlərinin
sözlərinin müəllifidir.
AZƏRTAC-ın
baş direktorunun müavini, şəhid atası Dağbəyi İsmayılov bildirib ki, Abdulla Qurbaninin ssenarisi ilə keçirilən kütləvi
vətənpərvərlik tədbirləri, televiziya tamaşaları, şəhidlərə
həsr etdiyi şeirlər mükəmməl
vətənpərvərlik dərsidir.
Milli Məclisin deputatı
Xanhüseyn Kazımlı,
ədəbiyyatşünas, professor Ənvər Əhməd və digər çıxış edənlər
yubilyarı gözəl
insan, zəhmətkeş
ziyalı kimi dəyərləndirərək ona ən xoş
arzularını çatdırıblar.
Ölkəmizdə veteran hərəkatının gücləndirilməsində xidmətlərinə görə Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin qərarı ilə Abdulla Qurbani “General Həzi Aslanov” yubiley medalı ilə təltif olunub. Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov medalı təqdim edib.
Sonda tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirən Abdulla Qurbani
bundan sonra da sözün və Vətənin
keşiyində duracağını, yeni əsərləri
ilə Azərbaycan ədəbiyyatına töhfələr
verəcəyini bildirib.
Mədəniyyət.- 2016.- 21
dekabr.- S.10.