Ağdaşda
tanınmış xanəndə Ramiz
Hacıyevin 80 illiyi qeyd
olunub
Habil Əliyev adına Ağdaş şəhər Uşaq musiqi məktəbində tanınmış xanəndə, Ağdaş torpağının yetirməsi, muğamların, xalq və bəstəkar mahnılarının mahir ifaçısı Ramiz Hacıyevin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
İlk olaraq xanəndənin ifasında “Ay çiçək” mahnısının lent yazısı səsləndirildikdən sonra məktəbin direktoru Rafiq İskəndərov iştirakçıları salamlayıb və sənətkarın yubileyinin rayon İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən qeyd edildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər Ramiz Hacıyevin həyat və yaradıcılığından ətraflı söz açıb, tədbirin yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə, Mədəniyyət və Turizm şöbəsinə və musiqi məktəbinin kollektivinə təşəkkürlərini bildiriblər.
Tədbirin bədii
hissəsində əvvəlcə məktəbin müəllim
və şagirdlərinin ifasında Ramiz
Hacıyevin repertuarından müxtəlif musiqi
nömrələri səsləndirilib. Sonra
Xalq artisti Munis Şərifovun rəhbərliyi ilə Qədim
xalq çalğı alətləri
ansamblının ifasında konsert
proqramı təqdim olunub.
Mədəniyyət.- 2016.- 21
dekabr.-S.15.