“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayında

 

 

 

   Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşri olan “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti nömrəsi nəşr olunub. Jurnalın bu nömrəsində “Seçilmişlər” rubrikasında Joze Saramaqonun Nobel nitqi və “Kentavr” hekayəsi, “Azərbaycan ədəbiyyatı” rubrikasında ElçininBaş” romanının davamı, “Yubiley” rubrikasında Afaq Məsudun Ramiz Rövşənə həsr olunmuş “Ədəbiyyat və onun adamları” məqaləsi və şairin şeirləri, “Hekayə” rubrikasında Avqust Strindberqin “Məhəbbət və çörək”, Pavel Vejinovun “Mənim ilk günüm” əsərləri yer alıb.

   Nəşrin digər rubrikalarında Valter Skottun gündəliklərindən seçmələr, Alister Makleodun “Qayıq” hekayəsi, Leonid Andreyevin hekayələri, Con FaulzunAristos” silsiləsi, rotterdamlı Erazmusun deklamasiyası, Yusteyn QorderinPortağal qız” romanından parça, İvo Andriçin hekayələri və digər yazılar yer alır.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.-S.15.