Səməd Vurğunun 110 illiyinə həsr edilmiş tədbir

 

  

   C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir keçirilib.

   Kitabxananın direktoru Tahir Sadıqov şairin yaradıcılığından söz açıb. Bildirib ki, Vətənin təbii gözəlliklərini, zəhmətsevər insanlarını, dağ-daşını, bol məhsul verən tarlalarını, xariqələr yaradan qəhrəmanlarını tərənnüm edən şairin yaradıcılığı sadə olduğu qədər dərin, dərin olduğu qədər də bəşəri mahiyyət daşıyır.

   Daha sonraDünya Azərbaycanlılarının Gənclər Şurasına Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, şairlər - Qəşəm İlqar, Zaməddin Ziyadoğlu, Zərəngiz Dəmirçi, Rəfail İncəyurd, Şahlar Şuşalı, “Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı və başqaları çıxış ediblər.

   Tədbirdə şairə həsr edilmiş şeirlər oxunub.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.-S.15.