Macar bəstəkarına həsr olunmuş elmi-praktik konfrans
Dekabrın 16-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Macarıstanın Azərbaycandakı səfirliyi ilə birgə görkəmli macar bəstəkarı Bela Bartokun 135 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək bəstəkarın yaradıcılığından söz açıb. Bildirilib ki, bəstəkar eyni zamanda Macarıstan, Rumıniya, Slovakiya, Serbiya, Bolqarıstan, Ukrayna, Xorvatiya, Türkiyə və ərəb ölkələrinin musiqisi və folklorunun tədqiqatçısı olub. Onun musiqi yaradıcılığı folklorun ən əski və dərin qatlarından qidalanan qeyri-adi melodiya və ritmlərlə seçilir.
Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski bəstəkarın macar musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən danışıb.
BMA-nın professoru Könül Nəsirovanın “Bela Bartok yaradıcılığı XX əsr musiqi axtarışları kontekstində” mövzusunda məruzəsi dinlənilib.
Akademiyanın tələbələri
tərəfindən bəstəkarın “Rumin
rəqsləri”, “Sonata I hissə”, “Baqatellər”
və digər əsərləri səsləndirilib.
Mədəniyyət.- 2016.- 21
dekabr.-S.15.