Ərəb qəzetində Qız
qalası haqqında məqalə
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Fəcr” qəzetində baş redaktor Şərif Əl-Bəsilin Azərbaycan haqqında məqalələri silsiləsindən Qız qalası haqqında məqaləsi dərc edilib.
Məqalədə Bakının qədim rəmzi olan Qız qalasının möcüzəvi tikili olduğu, abidənin 2000-ci ildə UNESCO-nun Dünya irsi siyahısına daxil edildiyi diqqətə çatdırılır.
Müəllif Bakıya gedən turistlərə Qız qalasını hökmən ziyarət etməyi və qalanın üzərindən xüsusən də qürub vaxtı yaranan mənzərəni seyr etməyi tövsiyə edir.
Məqalədə
daşlarının hələ də min
illərin sirlərini özündə qoruyub
saxladığı bu sehrli
qala haqqında çoxlu
əfsanələrin gəzdiyi vurğulanır.
Mədəniyyət.- 2016.- 23
dekabr.- S.2.