Görkəmli aktyor son mənzilə yola salındı
Dekabrın 22-də Təzəpir məscidində Xalq artisti, Azərbaycan kino sənətinin tanınmış simalarından
biri Muxtar Maniyevlə vida mərasimi keçirildi.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri, sənətkarın
ailə üzvləri,
yaxınları, sənət
dostları, mədəniyyət
xadimləri, ictimaiyyət
nümayəndələri iştirak
edirdilər.
Vida mərasimində
çıxış edən
Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasının
direktoru Müşfiq Hətəmov mərhum aktyorun zəngin yaradıcılığı ilə
milli kino tariximizdə böyük iz qoyduğunu dedi: “Bu gün Azərbaycan kino sənətinə, mədəniyyətimizə
ağır itki üz vermişdir. Muxtar Manıyev Azərbaycan kinosu tarixində iz qoymuş sənətkarlarımızdan biridir”.
Müşfiq Hətəmov vurğuladı
ki, milli kinomuzun inkişafında aktyorun müstəsna xidmətləri olub.
Ekran əsərlərində yaratdığı
möhtəşəm obrazları
aktyora böyük tamaşaçı sevgisi
qazandırıb.
Bildirildi ki, Muxtar Maniyev hər zaman çəkildiyi filmlərdə xarakterik obrazlar yaradıb. O,
40 ildən artıq yaradıcılığı dövründə
milli kinomuza zəngin obrazlar qalereyası bəxş edib. Mərhum aktyorun xatirəsi
hər zaman onu tanıyanların qəlbində yaşayacaq.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında Muxtar
Maniyevin vəfatının
kino sənətimiz üçün böyük
itki olduğunu dedi, mərhum aktyor haqqında fikirlərini bölüşdü:
“Muxtar Maniyev Azərbaycan kino sənətinin inkişafında
əməyi olan bir insan kimi
hər zaman öz dəst-xətti ilə seçilib. Sözün əsl mənasında fədakar bir kino xadimi idi.
Onun epizodik rollardan böyük rollara qədər çəkildiyi yüzdən
çox film var. O, ifa
etdiyi bütün rolları ilə geniş tamaşaçı
sevgisi qazanmağı
bacarıb. Bu, sənətkar üçün
böyük xoşbəxtlikdir.
O, istər həyatda,
istərsə də oynadığı rollarla müsbət emosiyalar yaradan sənətkar kimi xatırlanacaq. Muxtar Maniyevin yaratdığı
obrazlar qalereyası onu həmişə yaşadacaq”.
Əbülfəs Qarayev mərhum
aktyora Allahdan rəhmət diləyərək,
ailə üzvlərinə,
yaxınlarına səbir
arzuladı.
Xalq artistinin cənazəsi
son mənzilə yola salındı. Mərhum Qala
kənd qəbiristanlığında
dəfn olundu.
Mədəniyyət.- 2016.- 23
dekabr.- S.3.