Mədəniyyətdə multikulturalizm
modeli
Dekabrın 22-də “Multikulturalizm ili” çərçivəsində L. və M.Rostropoviçlərin ev-muzeyində “Mədəniyyətdə multikulturalizm modeli” adlı tədbir keçirilib. Tədbir L. və M.Rostropoviçlərin ev-muzeyinin təşkilatçılığı və C.Məmmədquluzadə, A.Şaiq, Bülbül, C.Cabbarlı, S.Vurğun, N.Nərimanovun ev-muzeylərinin, Azərbaycan Dövlət Din Tarixi Muzeyinin iştirakı ilə gerçəkləşib.
L. və M.Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova tədbiri açaraq bildirib ki, ölkə başçısının sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi Azərbaycanda tarixən bərqərar olmuş tolerantlıq və multikulturalizm ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə dövlətin diqqət və dəstəyinin göstəricisidir. Qeyd olunub ki, multikulturalizmin təbliğində muzeylərin də mühüm rolu var, L. və M. Rostropoviçlərin ev-muzeyi də bu sahədə fəaliyyətini davam etdirir.
Cəlil Məmmədquluzadənin ev-muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova görkəmli ədibin yaradıcılığında multikulturalizm örnəklərindən bəhs edib, bu sırada “Kamança”, “Rus qızı” və digər əsərləri qeyd edib.
Səməd Vurğunun ev-muzeyinin əməkdaşı Nazilə Qədimova, Cəfər Cabbarlının ev-muzeyinin əməkdaşı Gülnarə Əlibalayeva və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda
muzeyin direktoru
Ş.Heydərova tədbirdə iştirak
edən bütün muzeylərin əməkdaşlarına
minnətdarlığını bildirib.
Mədəniyyət.- 2016.- 23
dekabr.- S.4.