Bern şəhərində Azərbaycan
gecəsi
Bern şəhərinin məşhur konsert salonlarından olan “Villa Mettlen”də ölkəmizin İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib. Ümummilli lider Heydər Əliyevin dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Diplomat həmçinin 2016-cı il ərzində Azərbaycan-İsveçrə münasibətlərinin inkişafından söz açaraq, əlaqələrin ildən-ilə gücləndiyini deyib.
Azərbaycanın Cenevrə şəhərində BMT-nin bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov tədbir iştirakçılarını dövlət müstəqilliyimizin bərpasının 25 illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Bayram
tədbiri Paris şəhərində yaşayan azərbaycanlı pianoçu
Etibar Əsədlinin ifasında Azərbaycan
musiqi nümunələrindən ibarət
konsert proqramı ilə davam
edib. Sonra qonaqlara Azərbaycanın milli
təamlarından ibarət ziyafət verilib.
Mədəniyyət.- 2016.- 23
dekabr.- S.5.