Bakı Musiqi Akademiyasında müəllif konserti

 

 

 

   Dekabrın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə tanınmış bəstəkar dirijor, Xalq artisti, professor Yaşar İmanovun müəllif konserti keçirilib.

   Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, BMA-nın professoru Zemfira Qafarova Yaşar İmanovun yaradıcılığından danışıb.

   Bildirilib ki, Y.İmanov Asəf Zeynallı adına Musiqi Texnikumunu P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Hərbi dirijorlar fakültəsini bitirib. 1994-1998-ci illərdə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri baş dirijoru vəzifələrində çalışıb, 1998-ci ildən Niyazi adına Azərbaycan Radio Televiziyasının simfonik orkestrinin bədii rəhbəri baş dirijorudur.

   Konsertdə Azərbaycan Dövlət Simli Kvartetinin müşayiəti ilə bəstəkarın “Təntənəli marş”, “Bu sevgi”, “Ölümünlə yol açdın”, “Halal olsun”, “Poema”, “Lirik vals”, “Tokkata” və digər musiqi kompozisiyaları ifa olunub.

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.5.