Uşaq Filarmoniyasının bayram konserti

 

 

 

   Yeni il xüsusilə uşaqların ən sevdiyi bayramlardan biridir. Hər il olduğu kimi, bu il də şəhərimizin müxtəlif teatrkonsert salonlarında uşaqlar üçün Yeni il şənlikləri keçirilir. Dekabrın 21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Musiqili Komediya Teatrında konserti oldu.

   Salonda əyləşən tamaşaçıların çöhrəsində bayram əhval-ruhiyyəsi vardı, proqramın başlanmasını isə uşaqlar sevinc içində və səbirsizliklə gözləyirdilər.

   Konsert Uşaq Filarmoniyasının rəqs ansamblının ifasında Xalq artisti Eldar Mansurovun “Elegiya”sı ilə başladı. Sonra “Qavalı”, “Şalaxo”, “Çaparlar”, “Şuşanın dağları”, “Dilşadı”, “İgidlər” rəqsi ilə davam etdi.

   “Şəms” uşaq xorunun ifasında Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun “Buratino”, Xalq artisti Musa Mirzəyevin “Yeni il gəlir”, Uşaq xor kapellası və “Şəms” uşaq xorunun ifalarında Ü.Hacıbəylinin “Cəngi”, J.Qalinanın “Joshna fit battle”, C.L.PerpontunJingle Belss” əsərləri səsləndirildi.

   Konsertin son hissəsi dünya xalqlarının rəqslərinə həsr olunmuşdu. Hind, fin, alman, özbək, çin, moldovan s. rəqsləri ifa edildi. Həmin xalqların geyimlərində səhnəyə çıxan uşaqlar eyni zamanda o xalqların musiqi sədaları altında rəqs kompozisiyaları təqdim etdilər.

   Finalda isə bütün iştirakçılar səhnəyə çıxaraq birlikdə rəqs etdilər.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.8.