Strateji Yol Xəritəsində
Bakının yeri
Paytaxtımızı dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevirmək üçün hansı addımlar
atılacaq?
Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə Bakıda turizmin inkişafı üçün atılacaq addımlar da açıqlanıb.
Sənədə əsasən təşkili nəzərdə tutulan Milli Turizm Təbliğat Bürosu ilk növbədə Bakı şəhərinə daha çox turist cəlb etmək üçün onlayn məlumat platforması yaradacaq və onu işçi heyət ilə təmin edəcək. İşçi heyət Bakı və əsas onlayn səyahət və məlumat platformaları (“Trip Advisor”, “Four Square”, “Lonely Planet” və s.) ilə əlaqədar lazımi məlumatların ingilis, rus, türk, ərəb, fars və digər dillərdə tərtib olunmasını təmin edəcək. Eyni zamanda yerlərdəki turizm məlumat ofislərinin fəaliyyət dairəsi genişləndiriləcək və sayı artırılacaq.
Turizm məlumat ofisləri Büro ilə əməkdaşlıq çərçivəsində və onun vəsaitlərindən istifadə edərək turistlər üçün Bakı və ətraf ərazilərlə bağlı (4 saatlıq məsafə) xarici dillərdə broşür və məlumat materialları nəşr edəcək və avtobus dayanacaqları, metro stansiyaları və hava limanlarında bu materialların paylanmasını təmin edəcək. Turistlərin Bakı şəhərinə səfərlərini öz istəklərinə uyğun planlaşdırmaları və şəhərdə təklif edilən bütün imkanlardan tam faydalanmaları üçün bu materiallar, həmçinin mehmanxanalara, ticarət mərkəzlərinə, mühüm turizm məkanlarına və digər yerlərə də təklif ediləcək.
Bakı şəhərinin mühüm turizm sahələrinin cəlbediciliyini daha da artırmaq məqsədilə ölkə ərazisinə daxil olduqları zaman hava limanlarında və vağzallarda turistlərə muzeylərə aid həm vauçerlər, həm də endirimli biletlər təklif ediləcək. Bakıda şəhər gəzintisi təşkil edən şəhər turu nəqliyyat xidmətləri də vaxt, səmərəlilik və əhatə dairəsi baxımından təkmilləşdiriləcək. “Yanardağ”, "Qobustan" qoruqları və palçıq vulkanları kimi məkanlar da bu avtobusların əhatə dairəsinə daxil ediləcək.
Büro işlərini xarici və yerli turoperatorlar ilə əlaqələndirərək Novruz bayramı ərəfəsində yerləşdirmə vasitələri və təyyarə biletlərini əhatə edən turist xidmət paketlərinin hazırlanmasını təşviq edəcək. Bundan əlavə, Azərbaycanın, əsasən də Bakının Novruz bayramı ərəfəsində cəlbediciliyini artırmaq məqsədilə ilaxır çərşənbələrdə və bayram zamanı açıq hava altında festivallar, Azərbaycan və regiondakı qonşu ölkələrdən folklor qruplarının çıxışları təşkil ediləcək və həmin tədbirlərdə iştirak da bu paketlərə əlavə ediləcək.
Mədəniyyət və Turizm Nazirliyi dövlət və özəl sektorun nümayəndələri ilə əməkdaşlıq edərək Bakı turizm tədbirləri təqviminə uyğun olaraq, ticarət festivalını təşkil edəcək. Bu tədbirlərə pərakəndə ticarət, bədii tamaşalar, Naftalan nefti və Naxçıvan Muxtar Respublikasının duz dağı ilə bağlı seminarların təşkili kimi digər turizm tədbirləri də daxil ediləcək.
Bu prioritetin
tətbiqinin 2020-ci ildə real ÜDM-in artımına birbaşa
30 milyon manat,
dolayı şəkildə 20 milyon manat olmaqla, ümumilikdə
50 milyon manat təsir
edəcəyi, eləcə də 2020-ci ildə ümumilikdə
8500 olmaqla, bilavasitə turizm
sektorunda 6100 yeni iş yerinin
açılacağı proqnozlaşdırılır. Bakıda mehmanxanalarda və mehmanxanatipli müəssisələrdə yerləşdirilmiş
xarici turistlərin sayının 2015-ci il üzrə hesablanmış 0,5 milyon nəfərdən 2020-ci ildə 0,9 milyon nəfərədək, hər turistin orta qalma
müddəti 2 gündən 3 günədək artacaq. Bu nəticəyə
nail olmaq üçün, yəni turistlərə
göstərilən xidmətin keyfiyyətinin
artırılması, turist xidmət paketlərinin
hazırlanması və festivalların keçirilməsi məqsədilə
15 milyon manat birdəfəlik
investisiya tələb edilir.
Hədəf ölkələrdən Bakıya gələn
turist sayındakı potensial
artım nəzərə alınmaqla, bu prioritetin 2020-ci ildə 150 milyon
manat birbaşa, 80 milyon manat dolayı olmaqla, ümumilikdə real
ÜDM-də 230 milyon manat
artıma səbəb olacağı
proqnozlaşdırılır.
Mədəniyyət.- 2016.- 23
dekabr.- S.9.