“Folklor
paytaxtı”nda multikulturalizm
mövzulu tədbir
Qusar rayon Mərkəzi kitabxanasında “Multikulturalizm
ili”nə və
2016-cı ildə rayonun
Azərbaycanın “Folklor
paytaxtı” elan edilməsinə həsr olunmuş tədbir keçirilib.
İştirakçılar əvvəlcə mövzu ilə bağlı kitab sərgilərinə, milli
mətbəx və folklor nümunələrinə
baxış keçirib.
MKS-nin
direktoru Zahir Mustafayev “Multikulturalizm ili”ndə kitabxanalarda həyata keçirilən
tədbirlər haqqında
danışıb.
Tədbirdə
iştirak edən F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının direktor
müavini, Əməkdar
mədəniyyət işçisi
Zahirə Dadaşova, xidmət şöbəsinin
müdiri Könül
Niftiyeva tərəfindən
“Kitabxanalar multikulturalizm
dəyərlərinin daşıyıcısıdır”
mövzulu təqdimat olub.
Həmçinin “Folklor paytaxtı
Qusar” mövzusunda metodiki vəsaitin çap və elektron versiyasının təqdimatı keçirilib.
YAP Qusar rayon təşkilatının sədri
David İbramxəlilov, Heydər
Əliyev Mərkəzinin
direktoru Neva Aydəmirova
və digər çıxış edənlər
Azərbaycanda multikultralizmin
ənənəvi yaşam
tərzi olduğunu, Qusar rayonunda
da müxtəlif millətlərin bir ailə kimi yaşadıqlarını vurğulayıblar.
Tədbirdə Qusar Dövlət Ləzgi Dram
Teatrı aktyorlarının, İncəsənət məktəbi
şagirdlərinin və fəal oxucuların ifasında ləzgi
folklor nümunələri və şeirlər
səsləndirilib.
Mədəniyyət.- 2016.- 23
dekabr.- S.11.