Zaqatalada “YARAT”ın növbəti səyyar sərgisi

 

   Zaqatala Dövlət Rəsm Qalereyasında “YARAT” Müasir İncəsənət Mərkəzinin “Zamanın izləri” adlı səyyar sərgisi təqdim edilib.

   “YARAT” Müasir İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova gələn ilin martınadək davam edəcək sərgidə foto, video və digər əsərlərin nümayiş etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu səyyar sərgi ilk olaraq Qax rayonunda, sonra isə Mingəçevir şəhərində müvəffəqiyyətlə nümayiş etdirilib, tamaşaçıların rəğbətini qazanıb.

   Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə regionlarda təşkil edilən belə sərgilərin incəsənət həvəskarları tərəfindən həmişə böyük maraqla qarşılandığını vurğulayaraq, sənətsevərlər adından sərginin təşkilatçılarına minnətdarlığını bildirib.

   Sərginin kuratoru Anna Fech “Zamanın izləri” adlı səyyar sərgi barədə məlumat verib. Vurğulanıb ki, sərginin kolleksiyasına Azərbaycan, türk, rusgürcü rəssamlarının əsərləri daxildir. Kolleksiyada gündəlik həyatda rastlaşdığımız ən adi hadisələr öz əksini tapıb.

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.11.