Azərbaycan və dünya
xalqlarının rəqsləri təqdim olunub
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Multikulturalizm ili”nə həsr olunmuş konsert keçirilib. Tədbirdə idarənin əməkdaşları, Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili və digər qonaqlar iştirak ediblər.
Vaqif
Mustafazadə adına 2 nömrəli Uşaq
incəsənət məktəbinin “Aysel”
rəqs kollektivinin ifasında “Sarı gəlin”,
“Dənizçi”, “Qarabağ”,
“Qaraçı”, “Arzular” və dünya xalqlarının rəqsləri nümayiş olunub.
\
Mədəniyyət.- 2016.- 28
dekabr.- S.4.