Turizm sahəsində əməkdaşlıq iki tərəfin səyi ilə genişləndirilir”

 

 

 

   “Bakıya ilk dəfə səfər etməyimə baxmayaraq, özümü çox rahat hiss etdim. Ölkənizdəki sosial və mədəni mühit Monteneqroya çox bənzəyir”  

   1992-ci ilədək keçmiş Yuqoslaviya Federasiyasının tərkibində, federasiyanın dağılmasından sonra isə 2006-cı ilədək Serbiya ilə ittifaqda olan Monteneqro həmin il iyunun 3-də müstəqilliyini elan edib. Ölkənin adı Azərbaycan dilində “Qaradağ” (monte - dağ, neqro - qara) deməkdir. 10 ildir müstəqil siyasət yeridən və Avropanın mərkəzində yerləşən bu kiçik ölkə ilə Azərbaycan arasında diplomatik münasibətlər 2008-ci ildə qurulub. Ötən müddətdə mədəniyyət və turizmdaxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edib.

   Monteneqro Respublikasının Türkiyə böyükelçisi Blanko Miliç, iqamətgahı Ankarada olmaqla, ölkəsinin Azərbaycan üzrə də səfiridir. Onunla söhbətimizdə ikitərəfli əlaqələrlə bağlı bir sıra məqamlara toxunduq. İlk sualımız ənənəvi oldu:

  

   - Azərbaycana səfir təyinatını necə qarşıladınız? Ölkəmizə ilk dəfə nə vaxt gəldiniz?

   - Bu təyinatdan çox məmnun oldum. Öz ölkəmi səfir kimi təmsil etmək şərəfli bir vəzifədir. Azərbaycan bizim üçün dost ölkə, Monteneqronun müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Münasibətlərimizin başlanğıcından əməkdaşlığın bütün sahələrində inkişaf edən, tərəfdaşlığın xeyrinə töhfə xeyir verən dostluq, qarşılıqlı anlaşma intensiv siyasi dialoq hərəkətverici vasitə olub.

   Azərbaycana səfərə gəlincə, ilk dəfə 2014-cü ilin mart ayında Azərbaycan Respublikasının Prezidentinə etimadnamə məktubunu təqdim etmək üçün Bakıya getdim. Təəssüf ki, ondan sonra getmək imkanım olmayıb. Amma ilk fürsətdə Azərbaycana getməyi planlaşdırıram.

   - Azərbaycanla Monteneqro arasında ümumi əlaqələri necə dəyərləndirirsiniz?

   - Bu istiqamətdə ilkin addımlardan biri iki ölkə arasında imzalananStrateji tərəfdaşlıq sazişi”dir. Bu isə münasibətlərin intensiv siyasi səviyyəsi deməkdir. Ölkələrimiz arasında dostluq qarşılıqlı anlaşma qısa müddətdə yaradılıb inkişaf edib. İqtisadi əlaqələrə xüsusi önəm veririk. Həmçinin turizm sənayesində (Monteneqroya qoyulan investisiyalar, çarter uçuşlar, iki ölkə arasında səyahətlər), enerji sektorunda (TransAdriatik qaz boru xətti layihəsi) digər sahələrdə əlaqələrimizi dərin institusional hüquqi çərçivədə həyata keçiririk.

   Bildiyiniz kimi, Azərbaycanda Monteneqronun səfirliyi yoxdur. Buna baxmayaraq səfirlik əməkdaşlarının Bakıya arabir baş tutan səfərləri, Azərbaycandakı fəxri konsulumuz Vüqar Əliyevin iştirakı Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi vasitəsilə biz əlaqələrimizi möhkəmləndirmək daha da məhsuldar, səmərəli etməyə çalışırıq.

   - Mədəniyyət xalqları, insanları bir-birinə tanıtmaq üçün yaxşı vasitədir. Bu mənada ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsi haqqında deyə bilərsiniz? Bu sahədə əməkdaşlığı genişləndirmək üçün hansı addımlar atılmalıdır?

   - Mən sizin mədəniyyət, mədəni ünsiyyət mədəniyyətin universal dəyərlərinin daha yaxşı anlaşılması, xalqımız ölkələrimiz arasında dostluğun daha da güclənməsi üçün əvəzedilməz olması fikrinizlə razıyam. Ədəbiyyat, musiqi, teatr, mədəni irs, çərçivəsində mübadilənin yaxşılaşdırılması məqsədilə baza sənədi kimi Monteneqro Azərbaycan arasında 16 sentyabr 2011-ci ildə mədəniyyət sahəsində əməkdaşlıq sazişi imzalanıb. Ötən müddətdə mədəni əlaqələr sahəsində bir sıra tədbirlər gerçəkləşib. 2011-ci ilin iyununda Monteneqronun Mədəniyyət Nazirliyi, Bar meriyası Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi təşkilatçılığı ilə Bar şəhərində Azərbaycanın Xalq rəssamı Hüseyn Əliyevin 100 illiyinə həsr olunmuş sənət əsərlərinin yubiley sərgisi Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonskinin konserti keçirildi. Azərbaycanın dəstəyi ilə Podqoritsa şəhərindəki Kral parkında Azərbaycan şairi Hüseyn Cavidin abidəsinin ucaldılması da mədəni əlaqələrimizə töhfədir. Əlbəttə, həyata keçirilməli işlər çoxdur. Hər iki tərəfin bu istiqamətdə aktual marağı təşəbbüsləri çox ümidvericidir.

   - Monteneqro həm turizm ölkəsi kimi tanınır. Bu il ölkəniz Dünya Bankının hazırladığı 189 ölkədə biznes sərmayə mühitinin əlverişliliyini qiymətləndirən "Doing Business 2016" hesabatında 46-cı sırada yer alıb. Monteneqro Azərbaycan yatırımçıları üçün əhəmiyyətli məkana çevrilib. Turizm sahəsində əməkdaşlığın perspektivlərini necə görürsünüz?

   - Turizm sahəsində əməkdaşlıq hər iki tərəfin səyləri dəstəyi ilə genişləndirilir. Yay mövsümündə rahat viza sistemi ilə Azərbaycan turistləri üçün çarter uçuşları həyata keçirilir. Onu da qeyd edim ki, illik səviyyəni nəzərə alsaq, son iki ildə 2500 azərbaycanlı turist Monteneqroya səfər edib. 2017-ci ilin yayına qədər Azərbaycan tərəfin sərmayə qoyduğu Monteneqronun Porto Novi (Azmont) turist kurortunda hazırlıq işləri başa çatdırılacaq. Ümid edirəm ki, Azərbaycan turistləri ölkəmizə səyahət etdikləri zaman bu bölgə onların diqqətini cəlb edəcək.

   Monteneqro zəngin memarlıq mədəni irsi, landşaft müxtəlifliyi, iqlimi, yaxşı mühafizə edilən təbii mühiti ilə kiçik Aralıq dənizi ölkəsidir. Öz ətraf mühiti, təbiəti ilə turizmin bir çox növlərinin inkişafı üçün əlverişli olan ölkə kimi yaxın zamanlarda elit turist məkanı olmaq hədəfimizdir. Durmitor dağı Tara çay kanyonunun bütün sahəsi milli park kimi qorunur UNESCO-nun Dünya irs siyahısında yer alıb. Ölkənin Adriatik dənizi sahil xətti 295 km uzunluğundadır ki, bunun da 72 km- çimərliklər xeyli sayda yaxşı mühafizə edilən qədim qalalar var. Şimal regionu isə Monteneqro dağ turizminin mərkəzidir, xizək kurortları təbiəti ilə məşhurdur.

   - Ölkəmizdə cəmi bir dəfə olsanız da, yəqin ki, səfir kimi Azərbaycan haqqında məlumatınız var. Bu barədə deyə bilərsiniz?

   - Ölkənizlə bağlı çox pozitiv təəssüratlarım var. Bakıya ilk dəfə səfər etməyimə baxmayaraq, özümü çox rahat hiss etdim. Görüşlər bir dostluq qonaqpərvərlik yanaşması şəraitində keçirdi. Ölkənizdəki sosial mədəni mühit Monteneqroya çox bənzəyir. Bütün bunlar məni Azərbaycan mədəniyyəti mədəni irsini öyrənməyə daha çox həvəsləndirir. Bununla da iki ölkənin mədəni mübadiləsinin təşviqi barədə daha səriştəli olmağa çalışıram.

  

   Mehparə Sultanova

   Ankara

  

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.12.