Marionet Teatrında “Leyli və Məcnun”
operasının tamaşası
göstərilib
Teatrın növbəti layihəsi
“O olmasın, bu olsun” operettasının marionet tamaşası olacaq
Dekabrın 28-də Marionet Teatrında
dahi bəstəkar Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” muğam operasının marionet tamaşası göstərilib.
Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
tamaşaya baxıblar.
Bir neçə gün
bundan əvvəl Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı
ilə açılan
Marionet Teatrı artıq öz tamaşaçılarını qarşılayır. Marionet Teatrı
tamaşaçılarla görüşə
milli bəstəkarlıq
məktəbinin banisi,
Şərqdə ilk operanın
müəllifi Üzeyir
Hacıbəylinin “Leyli
və Məcnun” operası ilə gəlib.
Teatrın bədii rəhbəri Tərlan Qorçu
1987-1988-ci illərdə - Azərbaycanda
marionet teatrı mövcud olmadığı
bir vaxtda bir neçə nəfərlə “Arşın
mal alan” operettasının marionet tamaşası üzərində
çalışmağa başladıqlarını
bildirdi. Tamaşanın premyerasının 1990-cı ildə Fransada keçirildiyini deyən teatrın bədii rəhbəri həmin çətin dövrdə
teatrın yalnız xaricdə çıxış
etdiyini təəssüflə
vurğuladı. Bildirdi
ki, son illərdə tarixi və mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin
qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi
ilə teatrın fəaliyyətinin genişləndirilməsi
istiqamətində kompleks
işlər həyata
keçirilib.
Tərlan Qorçu marionet tamaşalarının hazırlanması
üçün adətən
3-5 il vaxtın
lazım olduğunu deyərək, “Leyli və Məcnun” muğam operasının
14 pərdəlik marionet
tamaşası üzərində
3 il ərzində işlədiklərini diqqətə
çatdırdı. Bildirdi ki,
ümumiyyətlə, bu
teatrın məqsədi
dahi Üzeyir bəyin musiqisinin bütün dünyada təbliğidir. Teatrın növbəti
layihəsi isə “O olmasın, bu olsun” operettasının marionet tamaşası olacaq.
Sonra marionet kuklaların
ifasında Üzeyir Hacıbəylinin Məhəmməd
Füzulinin eyniadlı
poeması əsasında
ərsəyə gətirdiyi
“Leyli və Məcnun” operası nümayiş olundu.
Qədim Şərq folkloruna məxsus faciəli məhəbbət əfsanəsi
olan “Leyli və Məcnun” orta əsrlər dövrü ədəbiyyatının
ən məşhur mövzusu olub, 50-dən çox şair, o cümlədən dahi Azərbaycan şairləri
Nizami Gəncəvi və Məhəmməd Füzuli mövzuya eyniadlı poemalar həsr ediblər. Dahi bəstəkar Üzeyir Hacıbəylinin Şərq
muğamı və Qərb klassik musiqisinin sintezi əsasında yazdığı
“Leyli və Məcnun” operası 1908-ci
ilin yanvarında tamaşaya qoyulub. Bəstəkarın “Arşın
mal alan” operettası və “Leyli və Məcnun”
operası hazırda Marionet Teatrının repertuarında xüsusi yer tutur.
Marionet teatrı dünyada
yetərincə maraqlı
və populyar olan, ən çətin
başa gələn və eyni zamanda,
ən maraqlı və cəlbedici janrdır. Çətin olduğuna görə
əksər ölkələrdə
belə teatr ənənəsi mövcud
deyil. Bütün yaş qrupundan
olan insanların heyranedici rəğbətinə
səbəb olan bu teatr janrı
xalqımızın zəngin,
çoxşaxəli mədəni
irsinin ən müxtəlif sahələrini
- memarlıq, milli geyim, musiqi, dilimizin nitq melodikası, məişət
və bayramlarımız,
naxışlar və rəqslərimizi özündə
birləşdirir.
Tamaşaçıların
alqışları və aktyorları təkrarən səhnəyə
dəvət etmələri bu
tamaşanın qəlblərin ən incə tellərinə toxunduğunu nümayiş
etdirdi.
Mədəniyyət.- 2016.- 30
dekabr.- S.4.