Tarixi-mədəni irsə maraq artıb

 

 

 

   Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisinin 10 mindən çox ziyarətçisi olub

   Milli-mənəvi sərvətlərin qorunması, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması yönündə hər il AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində müxtəlif tədbirlər, aksiyalar, sərgilər keçirilir. Yola saldığımız 2016-cı ilmuzeyin həyatında əlamətdar tədbirlərlə yadda qalıb.

   Muzeyin elmi katibi Fərhad Cabbarov bildirdi ki, aprelin 15-dən dekabrın 15-dək muzeydə “I Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisi təşkil olunub. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüşŞah İsmayıl - sərkərdə və hökmdarın portreti” kitabı əsasında tərtib olunan sərgidə 130-dan artıq eksponat təqdim edilib. Ekspozisiyanı 10 mindən çox insan ziyarət edib. Sərginin keçirilməsində əsas məqsəd Səfəvilər dövlətinin yaradıcısı Şah İsmayıl Xətainin (1487-1524) tarixi irsini daha geniş təbliğ etmək idi. Hökmdar-şairin həyatı əsasən ədəbi irsi vasitəsilə öyrənilib. Bu sərgi isə qılınc və qələm adamının bir çox yönlərinə işıq salıb.

   Nümayiş etdirilən eksponatlar arasında Səfəvilər imperiyasının xəritəsi, qızılbaş əsgərlərinin istifadə etdiyi silahlar (dəbilqə, qılınc, nizə, qalxan, zirehli geyimlər və s.) yer alıb. Sərginin ilk günlərində bir kolleksiyaçının Rusiyada silah zavodunda hazırlatdırdığı Şah İsmayılın qılıncının maketinümayiş olunubböyük maraqla qarşılanıb.

   Həmsöhbətim qeyd etdi ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” kitabının təqdimatı keçirilib. Nəşrdə Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin tariximizin öyrənilməsi və gələcək nəsillərə düzgün çatdırılmasına göstərdiyi diqqət və qayğıdan bəhs olunur.

   Həmçinin Azərbaycanın “Kultura +” internet televiziyasının görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında 3 seriyalı televiziya filminin çəkilişləri muzeydə aparılıb.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 30 dekabr.- S.13.