Mingəçevir Turizm Kollecində
bayram şənliyi
Mingəçevir Turizm Kollecinin
kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Gününü
və Yeni ilin gəlişini təntənə ilə qeyd edib. Kollecdə keçirilən
bayram tədbirində
Yeni il
şənliyinin əsas
atributları olan Şaxta baba və Qar qız
iştirakçıları bayram münasibətilə
təbrik edib, tələbə və müəllimlərə firavan
həyat, uğurlu təhsil arzulayıblar.
Daha sonra kollecin direktoru professor Əyyub Əyyubov ölkəmizdə
təhsilin inkişafına
göstərilən dövlət
qayğısından söz
açıb, 2017-ci ilin
Azərbaycan üçün
uğurlu il
olacağına əminliyini
bildirib.
Bayram şənliyində şeir və mahnılar, rəqslər ifa olunub, musiqili-əyləncəli
oyunlar, bilik yarışları keçirilib,
milli yeməklərimiz
təqdim edilib.
Mədəniyyət.- 2016.- 30
dekabr.- S.5.