“Əli
və Nino” Rus Dram Teatrında səhnəyə
çıxdı
2016-cı il Qurban Səidin məşhur “Əli və Nino” romanı əsasında həm yeni bədii
filmin, həm də teatr tamaşasının
ərsəyə gəlməsi
ilə yadda qaldı.
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə “Multikulturalizm ili” çərçivəsində səhnələşdirilmiş “Əli və Nino” tamaşasının premyerası
dekabrın 24-də oldu.
Əsərin səhnə variantını
Valentina Reznikova qələmə alıb.
Ötən əsrin əvvəllərində
Azərbaycanda baş verən hadisələr, Bakının o dövrdəki
mədəni və ictimai həyatı fonunda azərbaycanlı əsilzadə Əli və gürcü knyaginyası Ninonun məhəbbətindən bəhs
edən tamaşaya rejissor İlqar Safat quruluş verib.
Baş rolları Rüfət
Nəzərov, Murad Məmmədov və Həcər Ağayevanın
ifa etdikləri səhnə əsəri tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanıb.
Mədəniyyət.-2016.-30
dekabr.-s.7.