Festival və
müsabiqələrlə zəngin
musiqi mənzərəsi
Yola saldığımız
2016-cı ildə Azərbaycan
musiqi mədəniyyəti
tarixinə yazıla biləcək rəngarəng
tədbirlər, layihələr
reallaşdırıldı, ənənəvi festivalların
sırasına yeniləri
əlavə olundu.
İyunun sonunda Azərbaycanın
qədim mədəniyyət
mərkəzlərindən olan, 2016-cı ildə “Türk dünyasının
mədəniyyət paytaxtı”
adını qazanmış
Şəkidə VII “İpək
yolu” Beynəlxalq Musiqi Festivalı keçirildi. Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı
və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivala tarixi “İpək yolu” coğrafiyasının müxtəlif
ölkələrindən musiqi
və rəqs kollektivləri, sənətçilər
qatıldı.
9-10 iyul
tarixində Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda “Sea Breeze”
istirahət mərkəzində
ilk dəfə keçirilən
“JARA” beynəlxalq musiqili
yay festivalı da böyük təntənəsi ilə
yadda qaldı.
Heydər Əliyev Fondunun
təşkilatçılığı, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 5-dək
VIII Qəbələ Beynəlxalq
Musiqi Festivalı növbəti dəfə dünyanın tanınmış
musiqi kollektivlərini
və musiqiçilərini
bir araya gətirdi. Festival çərçivəsində fortepiano ifaçılarının müsabiqəsi
də keçirildi.
Sentyabrın 18-dən 27-dək Heydər Əliyev Fondu və Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə səkkizinci dəfə Üzeyir Hacıbəyli Beynəlxalq
Musiqi Festivalı gerçəkləşdi.
Oktyabrın
22-dən 30-dək isə növbəti
Bakı Caz Festivalı Braziliya, Gürcüstan, İsveç,
İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan musiqiçiləri,
eləcə də Azərbaycanın tanınmış
caz ifaçıları
və kollektivlərini
bir araya gətirdi.
Daha bir ənənəvi tədbir oktyabrda “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı,
Gənclər və İdman, Mədəniyyət
və Turizm nazirliklərinin, digər qurumların dəstəyi
ilə gerçəkləşən
8-ci Beynəlxalq Uşaq
Muğam Festivalı oldu. Bundan əlavə,
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən
bədii təhsil müəssisələrinin şagirdləri
arasında Xan Şuşinski adına
III respublika muğam festivalı və “Gəncliyin səsi” festivalı çərçivəsində
növbəti tədbir
keçirildi.
* * *
2016-cı il konsert mövsümündə “Zamanla
üz-üzə” beynəlxalq
layihəsi çərçivəsində
Azərbaycan Dövlət
Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzində maraqlı
musiqi axşamları təşkil edildi.
ABŞ-ın San-Fransisko şəhərində Kronos
festivalı çərçivəsində
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti Firəngiz Əlizadənin
“Rəqs” əsərinin
premyerası keçirildi.
İl ərzində bəstəkarlar,
əməkdar incəsənət
xadimləri Həsən
Adıgözəlzadə, Mobil Babayev, Azər Dadaşov, Tahir Əkbər, Xalq artisti, professor Rauf Atakişiyevin, cazmen Rafiq Babayevin, xanəndə Bülbülcanın,
görkəmli tarzən
Sadıqcanın, Xalq artisti, tarzən Həbib Bayramovun yubileylərinə, həmçinin
əməkdar incəsənət
xadimləri Qəmbər
Hüseynli, Zakir Bağırov və Ədilə Hüseynzadənin
100 illiyinə həsr
olunan tədbirlər də 2016-cı ilin musiqi palitrasına öz əlvanlığını
əlavə etdi.
Bu il
görkəmli müğənni
Rəşid Behbudovun
100 illik yubiley təntənələrinə yekun
vuruldu, həmçinin
sənətkarın adını
daşıyan Mahnı
Teatrının qarşısında
abidəsi ucaldıldı.
Mədəniyyət
və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə
təşkilatçılığı ilə Qara Qarayev
adına “Təhlil və ifa edir gənc
musiqiçilər” adlı
üçüncü respublika
elmi-ifaçılıq müsabiqəsi,
Habil Əliyev adına gənc kamança ifaçılarının
I respublika müsabiqəsi
gənclərin musiqi savadlarının artırılmasına
xidmət edirdi.
Ölkəmiz bu il də oktyabrda İspaniyanın Santiaqo de
Kompostela şəhərində
“Womex” - Dünya Musiqisi Sərgisində iştirak etdi. İlin son ayında isə ən çox fidan balaları sevindirən bir musiqi bayramı - Bakıda ilk dəfə
“Zima” Uşaq Estrada Musiqisi
Festivalı Heydər Əliyev Sarayında paytaxt sakinləri ilə görüşə
gəldi.
Lalə
Azəri
Mədəniyyət.-2016.-30
dekabr.-S.8.