Multikulturalizm iliqeyri-maddi mədəni irsimiz üçün düşərli oldu

 

 

 

   Xalqımıza məxsus mədəni irs nümunələrinin qorunması, bərpası və təbliğ olunması istiqamətində aparılan məqsədyönlü fəaliyyət yola saldığımız 2016-cı ildə də davam etdirildi. Dövlət başçısının sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ilielan edildi. İl ərzində Azərbaycanda yaşayan müxtəlif xalqların mədəni irsi ilə bağlı müxtəlif tədbirlər keçirildi.

   Bu il həmçinin paytaxt Bakıda və bölgələrdə qeyri-maddi mədəni irsimizin təbliği məqsədilə müxtəlif festivallar sarıdan zəngin oldu. Bu tədbirlər sırasında ölkəmizdə ilk dəfə keçirilən dolma və beynəlxalq çörək festivallarını xüsusi qeyd etmək lazımdır.

   Məlum olduğu kimi, mənfur qonşularımız xalqımıza məxsus bu qədim irs nümunələrini özününküləşdirməyə cəhd edir. Bu cür halların qarşısını almaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sistemli aparılır. Bu işlərin nəticəsi olaraq bu il noyabrın 30-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” faylı qurumun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi. Bununla da ermənilərin əsassız iddialarına son qoyuldu. Eyni zamanda ilk dəfə Azərbaycan kulinariyasının nümunəsi UNESCO-nun siyahısında yer almış oldu.

   Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyiXalq yaradıcılığı paytaxtları” layihəsi çərçivəsində Qusar rayonu 2016-cı ildə Azərbaycanın “Folklor paytaxtı” elan edildi. İl ərzində rayonda müxtəlif mərasimlər, konfranslar, konsertlər, müsabiqələr, sərgilər təşkil olundu.

   Nazirliyin 2015-ci ildən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi bu il də Bakı sakinlərini regionlarımızın sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış etdi. Layihə çərçivəsində 2016-cı ildə Abşeron, Şuşa, Qusar və Lənkəran rayonlarının təqdimatları keçirildi. Bu layihə vasitəsilə bölgələrin tarixini, mədəniyyətini, sosial-iqtisadi nailiyyətlərini, folklorunu, turizm imkanlarını əks etdirən stendlər, eləcə də rayonlarda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri, nəşrlər nümayiş olundu. Bölgələrdə fəaliyyət göstərən bədii kollektivlər paytaxt sakinləri üçün konsert proqramları ilə çıxış etdilər.

   Milli kulinariyamızın və qastronomik turizmin dəstəklənməsi məqsədilə Sabirabad rayonunda Qarpız festivalı, Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı, Şəkidə Beynəlxalq Şirniyyat Festivalı, Qubada alma, Göyçayda nar bayramları bölgə sakinləri və turistlərin marağına səbəb oldu.

  

   Fariz

 

Mədəniyyət.- 2016.- 30 dekabr.- S.15.