Elmi-metodik mərkəzlərin əməkdaşlığı
müzakirə olunub
2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək. Bu məsələ Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyevin görüşündə müzakirə olunub.
Elmi-metodik mərkəzlər
arasında "Multikulturalizm ənənələrinin
inkişafında mədəniyyət müəssisələrinin
rolu" adlı silsilə tədbirlərin
keçirilməsinə dair razılıq
əldə olunub. Eyni
zamanda Naxçıvanda fəaliyyət
göstərən mədəniyyət müəssisələrinə
sözügedən istiqamətdə əməli köməklik
göstərilməsi imkanları haqqında fikir
mübadiləsi aparılıb. Yaxın gələcəkdə
iki qurum arasında əməkdaşlıq
memorandumunun imzalanmasının zəruriliyi
qeyd olunub..
Mədəniyyət.- 2016.- 3
fevral.- S. 11.