Gənc bəstəkarın daha bir uğuru

 

Beynəlxalq müsabiqələr laureatı, gənc bəstəkar Tural Məmmədli Rusiyanın Beynəlxalq Humanitar Dilçilik İnstitutunun teatrkino kafedrasının təşkil etdiyi teatr festivalında iştirak edir. Festival yanvarın 29-da başlayıb. Fevralın 6-da gənc bəstəkarın Jan Batist MolyerinTartüf” tamaşasına yazdığı musiqinin premyerası olacaq. Fevralın 9-da isə institutda yaradıcı heyətlə görüş keçiriləcək.

Qeyd edək ki, 2014-cü ilin oktyabrında Macarıstanın Balatonfüred şəhərində keçirilən XIV “Qızılı payız” beynəlxalq müsabiqəsində bəstəkarın “Tünd rənglərin parıltısı” əsəri baş mükafata layiq görülmüşdü. Bu müsabiqədə iştirakı zamanı bəstəkarın yaradıcılığı Rusiyanı təmsil edən teatr truppasının diqqətini cəlb etmişona işbirliyi təklif olunmuşdu. Səfər Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 6.