Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi
təltif olunub
Yanvarın 30-da Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən “Gülüstan” sarayında 2 fevral - Gənclər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrdə fərqlənən gənclərə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas (kollec) pilləsinin I kurs tələbəsi Murad Novruz oğlu Kərimov 2015-ci ilin aprelində baletmeyster Vaxtanq Çabukiani adına II Beynəlxalq Xoreoqrafiya Festivalında I yer qazanması və təhsilində əldə etdiyi uğurlara görə təltif olunub.
Gənclər Günü
münasibətilə mükafatlandırılanları Prezident Administrasiyasının Gənclər təşkilatları
ilə iş sektorunun
müdiri Vüsal Quliyev, gənclər və idman
nazirinin müavini İntiqam Babayev, millət
vəkilləri Ziyad Səmədzadə, Məlahət
İbrahimqızı, Asim Mollazadə,
Aydın Mirzəzadə, Prezident
yanında Gənclər Fondunun rəhbəri
Fərhad Hacıyev və digər rəsmilər təbrik
ediblər.
Mədəniyyət.- 2016.- 3
fevral.- S. 6.