Təşəbbüskar
gənclər ölkənin gələcəyidir
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Mərkəzin direktoru Asif Usubəliyev tədbirdə çıxış edərək dövlətimizin gənclərlə bağlı siyasətindən danışıb, əlamətdar günün tarixindən söz açıb. Qeyd olunub ki, Gənclər Günü 1997-ci il Prezident Heydər Əliyevin sərəncamı ilə MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda təsis edilib. Bildirilib ki, bu gün gənclərə geniş fəaliyyət imkanları yaradılır, çünki təşəbbüskar və güclü təfəkkürə malik gənclər ölkənin və xalqın gələcəyidir.
Tədbirdə mərkəzin Elmi
araşdırmalar şöbəsinin müdiri
Rafiq Quliyev, qurumun gənc əməkdaşları Cəlal
Həziyev, Aytən Muradova və Aynur Həsənova gənclərə olan dövlət dəstəyindən
danışıblar.
Mədəniyyət.- 2016.- 3
fevral.- S. 5.