İsmayıllıda musiqili sərgi keçirilib
Yanvarın 30-da İsmayıllıdakı Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 10 illiyi ilə əlaqədar rayon Mədəniyyət və Turizm Şöbəsi və rayon “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin təşəbbüsü ilə tədbir keçirilib.
Tədbirdə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycan muğamı, tar ifaçılığı, xalçaçılıq, Lahıc misgərlik sənəti, kəlağayı sənəti, habelə rəsm əsərləri, əl işləri, turizmlə bağlı videoçarx və müxtəlif rəngarəng musiqi nömrələri nümayiş etdirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı
Mirdamət Sadıqov və ictimaiyyət nümayəndələri
iştirak ediblər. İcra
başçısı mədəniyyət işçilərini
təbrik edib, onlara gələcək
fəaliyyətlərində uğurlar
arzulayıb. Rayon tədbirlərində fəal
iştirak etmiş bir qrup gənc mədəniyyət
işçisi fəxri fərmanla təltif
olunub.
Mədəniyyət.- 2016.- 3 fevral.- S. 5.