“Azərbaycan xalçaları”nın növbəti sayı işıq üzü görüb

 

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin nəşri olan “Azərbaycan xalçaları” jurnalının növbəti, 14-cü sayı çapdan çıxıb. Nəşrin baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.

 

Jurnalın bu sayında Kannda (Fransa) keçirilən “Azərbaycan xalçaları incəsənətdə” adlı sərgiyə, “Azər-İlmə”nin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə keçirdiyi “Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə” mövzusunda müsabiqəyə həsr edilmiş materiallar dərc olunub.

Jurnalın baş redaktoru, professor Vidadi MuradovunQarabağ bölgəsi: tarixi-etnoqrafik oçerk” yazısında müxtəlif tarixi-etnoqrafik mənbələr, elmi ədəbiyyatlar əsasında Qarabağ bölgəsinin inzibati-siyasi, etniksosial-iqtisadi tarixinin bəzi mühüm məsələləri təhlil edilib.Yurdlarxalçalar” rubrikasında Oğuz rayonunun qədim xalçaçılıq məntəqələrindən olan Baş Daşağıl kəndinə ekspedisiya zamanı toplanmış materiallar yer alıb. “Boyaqotunun xalçaçılıqda istifadəsi” məqaləsi Azərbaycanda bu qiymətli bitkinin becərilmə tarixi, məhsuldarlığı, həmçinin boyaq sənayesində istifadə imkanları haqqındadır.

Jurnal ənənələrinə sadiq qalaraq, dünya muzeylərində saxlanılan Azərbaycan xalçaları haqqında məlumatlar dərc etdirir. Bu dəfə oxuculara Boston İncəsənət Muzeyində saxlanılan Azərbaycan xalçaları haqqında ətraflı məlumat və fotoşəkillər təqdim olunur. Tarix elmləri doktoru Şirin Bünyadovanın “Azərbaycan atalar sözlərində toxuculuq məsələləri”, tarix üzrə fəlsəfə doktoru Ərşad Həsənovun “XVII əsrdə Azərbaycanda toxuculuq sənəti” və s. elmi məqalələr, təhlillər tarix və sənətşünaslıq baxımından maraq doğurur.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 15.